Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Nadir də, Brilyant da gecə klubundan reklam tutmamalıdır” – Əli Mirəliyevdən ŞOK İTTİHAMLAR

“Nadir də, Brilyant da gecə klubundan reklam tutmamalıdır” – Əli Mirəliyevdən ŞOK İTTİHAMLAR

“Gecə klubu deyəndə, ilk ağıla gələn fahişəxana olur. Neynək, bu anlayışı gətirib bu vəziyyətə özümüz çıxarmışıq da. Belə yerlərdən mənəviyyat üçün deyil, eyş-işrət üçün istifadə edirik. İndi siz orada bir nəfər Qarabağda vuruşacaq adam, normal insan tapmazsınız”. Azinforum.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya Nadir Qafarzadə və Brilliant Dadaşova arasında gecə klubunda baş verənlərlə bağlı yaranan qalmaqala münasibət bildirərkən müğənni Əli Mirəliyev söyləyib:

“Məndə olan məlumata görə partlayış olan gün kimsə orada ad günü keçiribmiş. Belə bir sual yaranır: Bu boyda ölkədə ad günü keçirməyə yer yoxdur ki, klubda keçirilər? Hansı kişi öz arvadını təkbaşına gecə saat 3-də klubda ad günü keçirməyə buraxar? Demək ki, bu ad günü keçirən adamlar ora özbaşına gedib.

Bəzi səhərə kimi işləyən gecə klublarında hətta otaqlar da olur və cavan oğlanlar bəzi xanımları ora aparıb pul xərcləyirlər. Siz o adamların içində Qarabağda döyüşəcək birisinə raslaya bilməzsiniz”.

Əli Mirəliyev onu da qeyd edib ki, bu adamları heç normal musiqi həvəskarları da saymaq olmaz:

“Musiqi dinləmək istəyirlərsə, çağırsınlar biz oxuyaq onlar da rəqs etsinlər. Gərək içkili vəziyyətdə hansısa xanımın belindən yapışaraq qaranlıq tüstülü klublarda bunu etsinlər? Mən təklif edirəm ki, gecə klubları gecə 12-dən sonra işləməsin. Bu qanunla tənzimlənsə, cavanlar da belə işlər tutmazlar”.

Müğənni onu da qeyd edib ki, təbii ki, bu məsələ ilə Daxili İşlər Nazirliyi məşqul olmalı və araşdırma aparmalıdır. Bunu araşdırmaq və kimin hardan gəlməsi, hara getməsi barədə rəy vermək sənət adamının işi deyil.

Mirəliyev onu da vurğulayıb ki, gecə klubunda baş verənlərlə bağlı sənət adamları reklam tutmamalıdırlar:

“Brilliantla Nadirə gəlincə, ikisi də ağıllı adamlardır və hər ikisinin sözündə həqiqət var. Nadir məncə o mənada deyib ki, bir kişinin qızının klubdan meydinin gəlməsi baş ucalığı gətirən iş deyil. Brilliant da onu nəzərdə tutub ki, bu hamının başına gələ bilər. Bir kişi öz qızını və arvadını nəzarətdə saxlaya bilər. Ola bilər ki, hansısa hörmətli bir kişinin də qardaşı qızı hansısa qohumu gecə klubuna getsin və burada o kişinin günahı yoxdur”.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …