Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Nəvəsi qəzada həlak olan Cığatel danışdı: “Oğlum da əməliyyat olunacaq”

Nəvəsi qəzada həlak olan Cığatel danışdı: “Oğlum da əməliyyat olunacaq”

Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.
O, oğlunun vəziyyəti ilə bağlı “Sherg.az”a danışıb.
“Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var”, – deyə, o bildirib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.
“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.
Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …