Cümə , Aprel 23 2021
Ana səhifə / Cəmiyyət / Nəsrəddin Ocaqverdiyevə cəmi 5.8 milyon dollar “atıblar”

Nəsrəddin Ocaqverdiyevə cəmi 5.8 milyon dollar “atıblar”

Rusiyanın Stavrapol vilayətinin Arbitraj məhkəməsinə Azərbaycanda un istehsalı ilə məşğul olan şirkətə qarşı 1 milyon dollar borcun ödənilməsinə dair iddia qaldırılıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda məhkəmə sənədlərində göstərilir. İddiaçı qismində isə qalmaqallı azərbaycanlı iş adamı, Azərbaycana, İrana, Pakistana və bir çox digər ölkələrə taxıl və un ixracı ilə məşğul olmuş Nəsrəddin Ocaqverdiyvin “Aqro-Texnik” MMC şirkətidir. Cavabdeh qismində isə Sumqayıtda qeydiyyatdan keçmiş, Bakı-Sumqayıt yolunda yerləşən və un istehsalı ilə məşğul olan “Hazar-Türk Ltd” MMC şirkətidir.

Lakin Nəsrəddin Ocaqverdyevin borca görə məhkəməyə verdiyi təkcə “Hazar-Türk Ltd” deyil. Biznesmen cəmi 14 şirkəti və fərdi sahibkarı borca görə məhkəməyə verib. Və məhkəməyə verilən şirkətlərin hamısı Azərbaycanda, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə qeydiyyatdadır. Ən iri iddia isə “Hazar-Türk Ltd” şirkətinə və fərdi sahibkar Asif Yusifova qarşı qaldırılıb. Haqverdiyevin iddiaları üzrə borcun ümumi məbləği 5.8 milyon dollar və 60 milyon rubldur.

Nəsrəddin Ocaqverdiyev Rusiya büdcəsinə ƏDV-nin geri qaytarılması yolu ilə 53 milyon rubl ziyan vurmaqda və mənimsəmədə ittiham olunur. Onu Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 2018-ci ildə Mineralnaya Vodı aeroportunda  həbs edib. 2020-ci ildə isə Ocaqverdiyevin “Aqro-Texnik” MMC şirkəti müflis olunub. Şirkət Tula şəhərində qeydiyyatdan keçib və Stavrapolda nümayəndəliyi mövcud olub.

Nəsrəddin Ocaqverdiyev Stavrapolda “SevKavAqro” şirkətinin rəhbəri kimi tanınır. Bu şirkət 2009-cu ildə Stavrapolda payçıların 10 min hektara qədər torpağını başqa şirkətdən icarəyə götürüb. Lakin daha sonra torpaq payçıları ilə icarəçi arasında münaqişə yaranıb. Payçılar bildiriblər ki, icarəçi torpaqların üçdə birini əkir və orada taxıl becərir. Qalan hissəsi isə istifadəsiz qalıb, nəticədə onlar icarə haqqını ala bilmirlər. Nəticədə payçılar dəfələrlə etiraz aksiyaları keçirmişdilər.

“Aqro-Texnik” MMC kənd təsərrüfatı məhsullarının topdan ticarəti, tekstil xammalı, yarımfabrikat və digər biznes sahələri ilə məşğul olur. Şirkətin nizamnamə kapitalının sahibi Azərbaycan sakini olmuş Nəsrəddin Məcid oğlu Ocaqverdiyevdir. Şirkət “Sberbank”ın iddiası əsasında müflis elan edilib.

İki il əvvəl isə Stavrapol diyarının Arbitraj məhkəməsi “Sberbank” tərəfindən  “Qafqaz” MMC-nin (Mineralnıe Vodı şəhərində qeydiyyatdan keçib) müflis elan edilməsinə dair iddianı qəbul etmişdi. İddiaya əsasən “Qafqaz” MMC Moskvada qeydə alınmış “Aqro-Texnik” MMC şirkətinin bank qarşısında 765 milyon rubl məbləğində kredit borcuna görə zamin durub.

“Qafqaz” MMC isə restoran biznesi, ərzaq məhsullarının çatdırılması xidməti, tikinti və digər biznes fəaliyyəti ilə məşğuldur, Mineralnıe Vodı şəhərindəki “Otel-Qafqaz” mehmanxana kompleksinin sahibidir.  Bu şirkətin nizamnamə kapitalı azərbaycanlı biznesmen Elşən Nəzər oğlu Əhmədova məxsusdur. “Sberbank” bildirir ki, hər iki şəxs “eyni şəxslər qrupuna” məxsusdur.

“Sberbank”ın müflis etmək istədiyi biznesmen Nəsrəddin Ocaqverdiyev hazırda həbsdədir. O, ƏDV-nin geri qaytarılması yolu ilə Rusiya büdcəsindən 53 milyon rubldan çox vəsaiti ələ keçirib mənimsəməkdə ittiham olunur.

İndi Ocaqverdiyevin şirkətinə 1 milyon dollar borcu olan Azəbaycan şirkətinin barəsində internet mənbələrində təfərrüatlara rast gəlinmir, amma mənbələrdə göstərilir ki, şirkətin direktoru Musayev Rizvan İsaq oğludur.

Həmçinin oxuyun

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

“Çox səhlənkarlıq edirlər, mart ayının əvvəlindən bəri iş başlanılıb, amma ay yarımdır xəbər-ətər yoxdur. Əşyaları …