Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Nəsimi rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
????????????????????????????????????

Nəsimi rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib

“İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Tibb Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Dillər Universitetində təhsil alan xarici ölkələrin tələbələri iştirak edirdilər. Tədbir başlamamışdan öncə iştirakçılar İslam ölkələrinin milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgiyə baxmışlar.
Tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilmişdir. Azərbaycan uzun illərdir ki, İslam sivilizasiyasının mərkəzlərindən biri olmuşdur. Dinlə bağlı qadağaların mövcud olduğu Sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin İslam dəyərlərinə qayğısı sayəsində hal-hazırda ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. 300-dən artıq məscid tarixi-mədəni abidə kimi qorunur. Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə şəhərindəki “İmamzadə” kompleksi və digər məscidlər əsaslı təmir olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışını davam etdirərək qeyd etdi ki, Azərbaycan daim İslam aləmi ilə sıx münasibətlər qurur. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü seçilmişdir. IV İslam həmrəyliyi oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sayəsində növbəti əməli addımıdır. Xalqların dinc, yanaşı yaşaması çərçivəsində İslam Həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verməkdədir. İslam Həmrəyliyi, təkcə İslam dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə olkəmizdə və ölkəmizdən kənarda İslam mədəniyyətinin təbliği və təşviqi, milli mənəvi dəyərlərin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində misilsiz işlər görülmüşdür.
Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi, belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi qeyd etdi.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydy Misir və Azərbaycan Respublikaları arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışaraq Azərbaycan Respublikasında işləməsindən fəxr etdiyini bildirdi.
Tədbirin sonunda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olundu və xatirə şəkilləri çəkdirildi.
Tədbirdə Milli Məclisin deputatları-M.İbrahimqızı, A.Mollazadə, K.Nəbizadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı Şəhəri Üzrə şöbənin müdiri vəzifəsini icra edən A.Kazımov iştirak edirdilər.

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …