Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə  bağlı  Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir  rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilmişdir.

Tibb ocaqlarında ixtisaslı həkimlər tərəfindən sakinlərin  görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.Həmçinin aztəminatlı ailələrdən görmə qabiliyyəti zəyif olan bir qrup məktəbliyə  eynəklər hədiyyə edilib.

Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi bağlı  10 rayon sakininin pulsuz göz əmaliyyatı aparılıb. Bundan başqa əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərini yüksək səviyyədə təşkil etmək üçün Nəsimi rayonunda müvafiq komissiya yaradılıb, ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən, habelə fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərilb.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …