Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / NƏSİMİ RAYON  İCRA HAKİMİYYƏTİNİN BİNASINDA MƏHƏMƏLİYEVDƏN MİRAS QALAN  İSTİLİK VƏ AYAQYOLU PROBLEMİ…

NƏSİMİ RAYON  İCRA HAKİMİYYƏTİNİN BİNASINDA MƏHƏMƏLİYEVDƏN MİRAS QALAN  İSTİLİK VƏ AYAQYOLU PROBLEMİ…

Məlum olduğu kimi, hazırda Nəsimi Rayon İcra Hakimiyyəti yeni inzibati binaya köçüb. Hətta əhali  arasında da həmin rayonun icra hakimiyyəti yerləşdiyi məkan barədə ikili təsəvvür var – köhnə və ya təzə bina.  Bəli, hazırda Asif Əskərovun məkan saldığı yer təzə bina sayılır. Azinforum.az-ın apardığı araşdırmaya görə, Asif Əskərov bu binanı sələfi Nəsib Məhəməliyevdən təhvil alıb.

Yəni binanın siftəsində oturmaq Nəsib müəllimə nəsib olub. Ancaq inzibati binada olan bəzi infrastruktur biabırçılığı  hələ də öz həllini tapmayıb. Əldə etdiyimiz məlumata görə, binanın inşası ilə hazırda həbsdə olan Rəşad Məmmədovun rəhbərlik etdiyi şirkət məşğul olub. Asif müəllim  Səbaildən yeni vəzifəyə təyinat alanda biabırçı bir mənzərə ilə üzləşməli olub.

Məlum olub ki, Məhəməliyevin təhvil götürdüyü böyük inzibati dövlət binasında mərkəzi istilik sistemi belə qurşaşdırılmayıbmış.  Kondisionerlərlə binanın qızdırılmasının məsrəf baxımından çox baha başa gəldiyini görən yeni icra başçısı istilik sistemi çəkdirməyə məcbur olub.  Digər maraqlı mənzərə isə, bəzi  mərtəbələrdə olan ayaqlolları ilə bağlıdır. Belə ki, inzibati binanın bəzi mərtəbələrində kişi və qadınlar üçün nəzərdə tutulan ayaqlollarının  giriş qapıları ümumidir. Asif Əskərovun Səbaildən özü ilə gətirdiyi komanda bu mənzərəni görəndə dəhşətə gəlib. Maraqlıdır ki, istilik problemi öz həllini tapsa da, sanitar qovşaqla bağlı yaranan narahatçılı yerində qalır.

Bizim üçün maraqlı olan Nəsib Məhəməliyevin belə vəziyyətdə olan binanı niyə təhvil götürməsidir? Desək ki, belə işlərdən anlayışı yoxdur, yanılarıq. Çünki onun özünə birbaşa aidiyyəti olan (lakin başqa adamların adına sənədləşdirilən) obyektlərin tikintisinin böyük zövqlə aparıldığı nəzərə çarpır. Şəhərin Zərifə Əliyeva adına Göz İnstitutu ilə üzbəüz olan məşhur “Sarcalı” xingəlxanasının binasının da Nəsib Məhəməliyevə məxsus olduğu və oranı çox baha qiymətə icarəyə verdiyi bildirilir. Orada isə istilik və ayaqyolu problemi ideal vəziyyətdə öz həllini tapıb.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın