Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) “Hafiz Hacıyevin oğlunun su boru xəttinin dibində obyekt tikdirməsi narazılıq yaratdı” başlıqlı xəbərə reaksiya verib.
RİH-dən daxil olan məlumatda bildirilib ki, sözügedən ünvanda aparılan tikinti işləri aidiyyatı qurumların müvafiq icazə sənədləri və razılaşdırılmış layihə əsasında həyata keçirilir.