Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Nərgiz Paşayeva:  “İnsanlar öz biliklərinin və pozitiv arzularının ardınca gedəndə…”

Nərgiz Paşayeva:  “İnsanlar öz biliklərinin və pozitiv arzularının ardınca gedəndə…”

Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva və cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri Lord German bərabər dəyirmi masa keçiriblər.

Azinforum.az xəbər verir ki, tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər iştirak edib.

Tədbirdə Lord German artıq mütəmadi keçirilməsi nəzərdə tutulan belə görüşün məqsədi barəsində iştirakçılara məlumat verib.

Nərgiz Paşayeva humanitar əlaqələrin dünyada əhəmiyyətindən danışıb: “İqtisadi-siyasi əlaqələr qurula da bilər, qırıla da bilər. İnsani münasibətlər, vətəndaş cəmiyyətinin münasibətləri isə, bir təməl kimi həmişə etibarli, yararlı olur. Artıq on ilə yaxındır ki, mən İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədriyəm. Bu illər ərzində çox şey qazanmışam. Söhbət yalnız bizim, daxilində çalışdığımız, hələ 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından getmir, mən böyük mənada İngiltərə cəmiyyətini nəzərdə tuturam. Qədim ənənələrə, şanlı tarixə və mədəniyyətə malik olan bu cəmiyyəti yaxından, daxildən tanımağıma çox şadam. Əminəm ki, bu gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və pozitiv arzularının ardınca gedəndə mənəvi dəyərlərini də aparırlar”.

Azərbaycan haqqında növbəti görüşlərdə daha ətraflı müzakirələr aparılacağına ümidvar olduğunu bildirən N.Paşayeva deyib: “Mən bir fililoq kimi XX əsrin əvvələrindən başlayaraq 20 ili əhatə edən dövrü araşdırıram və deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrü, qızıl hərflərlə tarixə yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi hadisələr, yaranan dəyərlər olmasaydı, indi gördüyümüz müasir Azərbaycan dövlətinin və cəmiyyətinin mövcudluğu şübhə altında ola bilərdi. Müasir, mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və ləyaqətli, mənəvi dəyərlərin məhz o zaman, o dövr çərçivəsində bu günki təməli qoyuldu. Müsəlman Şərqində ilk Respublika – Azərbaycan Xalq Cumhuriyyəti (ADR) yarandı. Respublikanın ömrü, əfsuslar ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin milli qəhrəmanlıq kvintessensiyasına çevrildi”.

Tədbirdə iştirak edən digət elm adamları, araşdırmaçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

“Bu illər ərzində çox şey qazanmışam” - Nərgiz Paşayeva
“Bu illər ərzində çox şey qazanmışam” - Nərgiz Paşayeva

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın