Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nəqliyyat müfəttişləri sürücünü xəstəxanalıq etdi

Nəqliyyat müfəttişləri sürücünü xəstəxanalıq etdi

Nəqliyyat Nazirliyinin xuliqanlıq hərəkətləri barədə daha bir şəxs polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı sakini 1992-ci il təvəllüdlü Mustafa Hüseynov polisə müraciət edərək bildirib ki, Bakıxanov küçəsində idarə etdiyi Saipa markalı 99 EU 749 nömrəli avtomobili Nəqliyyat Departamentinin dörd nəfər əməkdaşı saxlayıb. Həmin adamlar xuliqanlıq zəminində onu döyüblər, hadisə nəticəsində M.Hüseynov xəsarət alıb. Sonra isə ND-nin əməkdaşları Mustafa Hüseynovun maşınında olan ona məxsus pul kisəsinin içərisindən 200 manat və sənədlərini götürüblər.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın