AYB-nin 21 nəfərə ev verməsi müzakirələrinə Çingiz Abdullayev də qoşulub.
Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.
Qurumun katibi Elçin Hüseynbəylinin “Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib” – deməsi müzakirələri bir az da qızışdırıb.
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb. Ev bölgüsü ilə bağlı “Qafqazinfo”ya danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib:
“Mən Bakıda deyildim, 2 aydı Almaniyada idim, tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni Bakıda olmadığımdan mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev adını. Ona görə xahiş edirəm ki, adım hallanmasın, deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Baş verənlərdən xəbərsizəm”.