Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Müxalif şair YAP-a üzv olur: “Tövbə heç vaxt gec deyil”

Müxalif şair YAP-a üzv olur: “Tövbə heç vaxt gec deyil”

Daha çox müxalif ruhlu şair kimi tanınan Salam Sarvan Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyir.

AzNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. 50 yaşlı şair yaxın günlərdə sözügedən partiyaya ərizə ilə müraciət edəcəyini vurğulayıb: “Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım. Yeni Azərbaycan Partiyasının daxili siyasətini alternativsiz hesab etdiyimdən həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın