Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi?

Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi?

Partiya funksionerləri bələdiyyələrlə bağlı fərqli fikirlər bildirdilər

Bu ilin dekabr ayının 27-də  Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Məlumat olaraq bildirək ki,  Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.  Bələdiyyə seçkilərinin vaxtı 2018-ci ildə qeyd olunub. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Bəs keçiriləcək bələdiyyə seçkilərinə müxalifət partiyaları qatılacaqlar?

Bu sualla bir neçə partiya funksionerinə müraciət etdik.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bununla bağlı qərarı seçki ərəfəsində verəcəklər:“Çalışacağıq ki, bələdiyyə seçkilərində iştirak edək. Mənə elə gəlir ki, Azərbaycanda keçirilən seçkilərə qeyri-adi hazırlığa ehtiyac yoxdur. Seçkilər normal keçirilsə, istənilən vaxt qoşulmaqla uda bilərik. Necə ki, bu hakimiyyət iqtidardadır, istənilən adam onu uda bilər”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev bildirib ki, onlar seçkilərə qatılmağın tərəfdarıdırlar: “Sadəcə olaraq bələdiyyə seçkilərə yerlərdəki insanlar inanmadığı, onun səlahiyyətləri qeyri-müəyyən olduğu, indiyə qədər bu istiqamətdə yaşanan problemlərlə bağlı insanları təşviq etmək çətindir. Lakin seçkilərə qadağa qoymaq niyyətində deyilik. Hakimiyyətə bələdiyyə seçkiləri ilə bağlı təkliflər də vermişik və bundan sonra da belə təklifləri verəcəyik. Böyük şəhərə bələdiyyələrinin təşkili, icra hakimiyyəti strukturları ilə bələdiyyə orqanları arasındakı səlahiyyət bölgüsünün həyata keçirilməsi, seçki bölgüsünün həyata keçirilməsi ilə bağlı təkliflər vermişik. Bizim ehtimallarımıza görə, bələdiyyə seçkilərindən öncə Azərbaycanda parlament seçkiləri olacaq”.

AG Partiya lideri Tural Abbaslı ile ilgili görsel sonucu

AG Partiya lideri Tural Abbaslı isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda bələdiyyələrin funksional olmadığını düşünürlər: “Bələdiyyələr bu gün icra hakimiyyətlərinin beşinci təkəri rolunu oynayır. Heç bir səlahiyyətə və təsir imkanlarına malik deyil. Belə strukturlara seçilmək üçün hansısa enerjinin, maliyyənin sərf olunmasını da israfçılıq hesab edirəm. Odur ki, şəxsən bizim partiyaya üzümüzə gələn bələdiyyə seçkiləri maraqlı deyil. Bu, o demək deyil ki, biz seçkini boykot edirik. Sadəcə olaraq bizə maraqlı deyil. Təbii ki, kənd və rayonlarda yaşayan üzvlərimiz hansısa bələdiyyəyə namizədliklərini verəcəklərsə, bunu dəstəkləyəcəyik. Ancaq xüsusi hazırlıq, strateji plan barədə düşünmürük. Bizdəki bələdiyyələr Türkiyədəki bələdiyyələrin təsir imkanlarının yüzdə birinə də sahib deyillər”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami ile ilgili görsel sonucu

Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə mövzu ilə bağlı aşağıdakıları bildirdi: “Ümid Partiyası seçkilərin boykot olunması qərarını heç bir zaman dəstəkləməyib. Seçki vərdişdir. Vətəndaşlarda bu vərdişlərin yaranması üçün siyasi institutlar, təşkilatlar üzərinə düşən öhdəliyə əsasən bu seçki vərdişlərini insanlarda formalaşdırmalıdırlar. Rəyasət heyətimizin iclasında seçkilərlə bağlı müzakirə aparılır, ancaq növbəti iclaslarımızda iştirakla bağlı ətraflı qərar əldə edəcəyik. Rayon şöbələrimizlə mütəmadi olaraq durumu təhlil edirik, hazırda yerlərdəki vəziyyəti dəyərləndirmə ərəfəsindəyik. Son qərar tam verilməyib, amma xəttimizə uyğun olaraq düşünürəm ki, müsbət qərar olacaq”.

REAL partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli söylədi ki, seçkilərlə bağlı ilkin toplantı və araşdırmalar keçirirlər:

“Belə bir fikrimiz var ki, böyük şəhərlərdə pilot bələdiyyələr seçək. Gənc REAL-çıların bu seçkilərə böyük həvəsləri var. Yerli Məclislərin toplantıları da olub. İdarə heyətinə müraciət ediblər ki, belə bir fikir var. Lakin hansı bələdiyyələrdə və bölgələrdə namizədlərimiz olacaq bununla bağlı ilkin araşdırmalar aparılır. Sumqayıt, Bakı, Gəncə, Qubada araşdırmalar davam edir. Harada imkan və REAL-ın qalibgəlmə şansları olarsa, həmin yerdə pilot bələdiyyələrdə namizədlərimiz olacaq. Bələdiyyə seçkilərində iştirakın strateji hədəflərindən biri də bələdiyyələrdə olan problemlərə dövlətin, hökumətin, cəmiyyətin diqqətini cəlb etməkdir. Bələdiyyələrin əsl səlahiyyətlərlə təchiz olunması üçün müəyyən qanunverici təşəbbüslərlə də çıxış etməyi düşünürük. Bundan başqa Böyük şəhər bələdiyyəsi ilə bağlı da kampaniyanı davam etmək lazımdır. Bizim belə bir təklifimiz var idi və bununla bağlı Mərkəzi Seçki Komissiyası yoxlamanı bitirməyib. Bu bələdiyyə seçkiləri həm də böyük şəhərlərdə bələdiyyə institutlarının yaradılması və mer seçkilərinin keçirilməsi üçün də bir fürsət açır. Fürsəti dəyərləndirib, məsələnin ölkənin gündəmində daha sıx qalmasına, həll olunmasına çalışacağıq”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli ile ilgili görsel sonucu

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli söylədi ki, partiyanın hələ bu  barədə qərarı yoxdur: “Biz bütün keçirilən seçkilərdə iştirak edirik. Yəqin ki, bununla bağlı da partiyanın siyasi şurası qərarını verəcək. İndidən isə rayon təşkilatları seçki ilə bağlı hazırlıqlarını görürlər. Rayonlarda namizədlərin hazırlanması, səlahiyyətli nümayəndələrin müəyyən edilməsi prosesi artıq başlayıb”.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …