Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Mustafa bəy Vəkilovun oğlu AzTV-yə danışdı: “Azərbaycan” sözünü eşidəndə gözyaşlarını saxlaya bilmirdi”

Mustafa bəy Vəkilovun oğlu AzTV-yə danışdı: “Azərbaycan” sözünü eşidəndə gözyaşlarını saxlaya bilmirdi”

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” proqramına videoaçıqlama verib.

N.Vəkiloğlu atası ilə bağlı xatirələrini bölüşüb.

“Atam Mustafa bəy Vəkilov tanıdığım qədəri ilə vətənini sevən, vətəni üçün hər şey edən biri idi idi. Onunla sonsuz qürur duyuram. Çox erkən yaşımda itirdiyim üçün onunla Azərbaycan haqqında, onun etdikləri haqqında danışmaq, çox şey öyrənmək fürsətim olmayıb. Amma burada izlədiyim bir çox hadisədə onun vətəni üçün böyük bir savaş içərisində olduğunu gördüm”, – deyə N.Vəkiloğlu bildirib.

O, Mustafa bəy Vəkilovun “Azərbaycan” sözü eşidəndə gözyaşlarını saxlaya bilmədiyini deyib: “Atam uzun illər Türkiyədə Azərbaycan türklərinin başqanlığını edib. Hər toplantıda vətəni üçün çox özəl çıxışlar edirdi. Gözyaşlarını tuta bilmədiyi anları, “vətən” kəlməsi, “Azərbaycan” sözü işlədildiyində yaşadığı hisslərini mən də yaşamışam. Vətən həsrəti onun ən böyük kədəri idi. Vətənini yenidən azad görmək istəyirdi.

Fürsət olduqca bizə danışdıqları yaşadıqlarının çox az bir hissəsi idi. Rusların işğalı zamanı yaşadıqlarını, çəkdiyi əziyyətləri, məcburən Türkiyəyə köçməsini bizə çox qısa şəkildə anlatmışdı. Təfərrüatını mən özündən sonra oxuduğum yazılardan, danışan şəxslərdən aldım. Mən azərbaycanlıyam, Azərbaycana gəlib atamın doğulub böyüdüyü yerləri görmək istəyirəm”.

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …