Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Müştərilərdən məcburi bəxşiş alan və cəmi bir masası olan restoran

Müştərilərdən məcburi bəxşiş alan və cəmi bir masası olan restoran

İtaliyanın paytaxtı Romada fəaliyyət göstərən restoranlardan biri müştərilərinə tutduğu divanla özünü sözün həqiqi mənasında bütün dünyada məşhurlaşdırıb.

Restoranı “məşhurlaşdıran” səbəblərdən biri onun sadəcə müştərilərə digər restoranlardan bir neçə dəfə baha qiymətə xidmət göstərməsi deyil. Buna səbəb həm də müştərilərdən məcburi şəkildə bəxşiş alınması, daha dəqiq desək, bəxşiş olaraq restoranın müəyyənləşdirdiyi rəqəmi müştərinin ödəyəcəyi hesaba daxil edilməsidir.

Bir boşqab yemək üçün mütərilərdən 300-600 avro məbləğində pul alan restoranın xidmət adı altında vətəndaşları soyması sözügedən restoranla bağlı şikayətlərə səbəb olub. Nəticədə restoranın fəaliyyətini yoxlayan əlaqədar qurumlar edilən şikayətlərin tamamilə əsaslı olduğunu müəyyələşdirib və ictimai iaşə müəssisəsini 5000 avro məbləğində cərimələyib. 

Cərimələnən və nüfuzdan düşən restoran qısa zamanda müflisləşərək ölü  məkana çevrilib. Hazırda restoranın cəmi bir masa ilə müştəri yolu gözlədiyi bildirilir. Moderator.az

Həmçinin oxuyun

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal …