Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki…“

Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki…“

Son günlər orta məktəblərdə baş verən özbaşınalıqlarla bağlı siyasilər də fikir bildirməyə başlayıblar.

Müsavat başqanının müavini Razim Əmiraslanlının məsələyə münasibəti özünəməxsus olub.

R.Əmiraslanlı orta məktəbdə yaxşı qiymətlər aldığını, hətta müəllimi tərəfindən şillələndiyini də etiraf edib:

“Orta məktəbi tam əla qiymətlərlə bitirmişəm. Müəllimlərim də xətrimi çox istəyirdilər. Bir dəfə aşağı sinifdə oxuyanda sinif yoldaşlarımdan birinə kömək etdiyim üçün müəllimlərimdən birinin tərs şilləsini yemişəm. Mən bunu evdə deməsəm də atam kimdənsə eşitmişdi, amma nə üstündə şillə yediyimi bilmirdi.

Atam həmin müəllimlə görüşür və deyir ki, “Çox sağ ol, əlindən öpürəm”. Valideyinlər üçün uşağın tərbiyəsi və təhsili çox önəmli olmalıdır. Müəllimlərə töhmət vermək yox, uşaqlara tərbiyə vermək lazımdır”. 

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …