Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Cəmiyyət / “Musa Yaqub və Ramiz Rövşən kimi adamlar heç o ada möhtac deyillər, amma…”

“Musa Yaqub və Ramiz Rövşən kimi adamlar heç o ada möhtac deyillər, amma…”

Parlamentin bu günki iclasında millət vəkili Fazil Mustafa ünlü şair Musa Yaqubun səhhəti və müalicə məsələsini qaldırıb, dövlət qurumlarının ona qarşı biganəliyinə etirazını bildirib.
Millət vəkilinin sözlərinə görə, şair Musa Yaqubun özü deyib ki, onun müalicəsi üçün heç nə edilmir: 
“Hesab edirəm ki, onun müalicəsi üçün addımlar atılmalıdır. Siz Azərbaycanda sənətə və sənətkara verilən qiymətə baxın ki, bu gün Musa Yaqub, Ramiz Rövşən kimi adamlar xalq şairi, Süleyman Abdullayev kimi xanəndələr xalq artisti deyil. Əslində onlar heç bu ada möhtac da deyillər. Çünki onlar öz zəngin və təkrarolunmaz yaradıcılıqları ilə onsuz da çoxdan xalqın şairidirlər. Biz yüzlərlə ölkə üçün xeyri olmayan adamlara dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Biz yaradıcı insanlarımıza dəyər verməliyik”. (Moderator.az)

Həmçinin oxuyun

zərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …