Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Müsəlman gənclər transseksualları müalicə etməyə çalışır… – İBRƏTAMİZ… + FOTO

Müsəlman gənclər transseksualları müalicə etməyə çalışır… – İBRƏTAMİZ… + FOTO

Malayziyada müsəlman gənclər cinsi oriyentasiya və gender şəxsiyyət anomaliyaları ilə üzləşən şəxslərin  mənəvi və psixoloji reabilitasiyanın effektiv üsullarının axtarışına cəlb olunub.
Moderator.az yazır ki, bu haqda Amerikanın məşhur “NBC News” kanalı məlumat yayıb.
Bu yaxınlarda Malayziyanın Elm Universitetində gənclər arasında “Fitrətə qayıdış” (fitrət- insanın təbii kökləri deməkdir) adlı  müsabiqə elan edilib. Məqsəd gəncləri öz cinsi orientasiyasını itirmiş  və cinsiyyətini dəyişməyi düşünən şəxsləri əxlaq yoluna qaytarmaq kimi müqəddəs məqsədə çatmaqda yarışını təşkil etməkdir.
Universitet məscidinin kitabxanasında ikinci kurs tələbəsi  Əbdül-Hadi Radzi tədqiqat mövzusu ilə əlaqədar ədəbiyyatı  öyrənir. “Biz insanları maarfləndirməyə çalışırıq. Bu,  bizim “LGBT” üzvlərini doğru yola yönəltmək üsulumuzdur. Cinsi orientasiyasını itirmiş insanlara onları təqib və mühakimə etmədən gerçəkləri anlatmaq lazımdır…”-deyə müsəlman gənc bildirir.
Müsabiqə iştirakçıları “LGBT” meyilli həmyaşıdlarına tövsiyələri və onlarla psixo-sosial iş  metodologiyasının əks etdirən müxtəlif dizaynlı plakatlar hazırlayıblar.
Qeyd etmək lazımdır ki, Allahın son dinini yaşayan və yaşadan  müsəlman cəmiyyətlərində transseksuallıq,  homoseksualizm  kimi cinsi azğınlıqlar dini tərbiyə və psixoloji dəstəklə müalicə tələb edən mənəvi xəstəlik hesab olunur.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …