Cümə , Aprel 12 2024
Ana səhifə / Cəmiyyət / Mürsəl İbrahimov bir neçə rəisi işdən çıxardı

Mürsəl İbrahimov bir neçə rəisi işdən çıxardı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb.

Xidmət rəisi Mürsəl İbrahimovun əmri ilə bir sıra rayonların rəisləri vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar. 

Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, kadr islahatlarında məqsəd daha şəffaf və dürüst xidmət təşkil etmək və vətəndaş məmnuniyyətini yüksəltməkdir. 

İslahatlar davam edir. (Qafqazinfo)

Həmçinin oxuyun

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı …