Çərşənbə , İyun 26 2019
Ana səhifə / Cəmiyyət / “Müğənnilər tərəfindən ailəsi dağılanlara səslənirəm, utanmayın!”

“Müğənnilər tərəfindən ailəsi dağılanlara səslənirəm, utanmayın!”

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfovanın instaqramda açıqlaması yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, T. Nəcəfova videoda sənətçilər tərəfindən ailəsi dağıdılan xanımlara səslənib: “Bəlkə də proqrama çıxmağımı düzgün anlayamayacaqsız, amma məcburam. Efirə çıxıb olanları etiraf edirəm. Müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə Aysel Əlizadə yoldaşımla birgə qızımı apardı, indi isə uşağımı görə bilmirəm.

Ailəmin dağılmağının səbəbkarı odur. Proqrama utanaraq çıxıram, istəməzdim belə olsun. Övladıma qovuşmaq üçün bu addımı atmışam. Mənim kimi müğənnilər tərəfindən yüzlərlə yuvası yıxılan qadın var. Onlara səslənirəm ki, utanmayın, ekranlara çıxıb olanları danışın”.  


Daha tez məlumatlanmaq üçün yeni Facebo

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …