Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Cəmiyyət / Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

İyulun 6-sı Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.

Qeyd edək ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

“Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir. Müdafiə Nazirliyi və hərbi hissələrin nümayəndələri tərəfindən bu kateqoriyadan olan ailələr mütəmadi ziyarət olunur, onların qayğıları və problemləri ilə maraqlanılır. Əlavə məsələlərlə bağlı müraciət edənlər isə Nazirliyin rəsmiləri tərəfindən qəbul olunur və qaldırdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür”, – qeyd olunub.

Həmçinin oxuyun

Samirə Bağırova: “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..”

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana …