Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “Müdafiə nazirinin “lazım gələndə torpaqlarımızı alacağıq” deməsini başa düşmürəm”

“Müdafiə nazirinin “lazım gələndə torpaqlarımızı alacağıq” deməsini başa düşmürəm”

“Ermənistanın əsas valyuta gəliri həmin o bazarlardakı meyvələrdir və bununla biz onları diz çökdürə bilərik. Bu işdə əməyi keçən bütün azərbaycanlıların qarşısında baş əyirəm, eşq olsun. Hər kəs bunu bacardığı qədər etməlidir”.
Bunu Moderator.az-a açıqlamasında professor İlham Rəhimli deyib. O, vətəndaşlarımızın real mübarizəyə başlamasına sevindiyini bildirib:
“Nəhayət ki, Rusiyada yaşayan azərbaycanlılar real mübarizəyə keçdilər və mən bunu yüksək səviyyədə alqışlayıram. İlham Rəhimov başda olmaqla onun məsləkdaşlarına təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, Şəmkirdən olan soydaşlarımız da Sankt-Peterburqda bu istiqamətdə işlər görüblər. Bu yavaş-yavaş digər şəhərlərə də keçir və görülən işlər ən azı on il bundan öncə edilməli idi. Şükür ki, bu gün erməniləri blokadaya salırlar. Aldığım məlumata görə təkcə topdan satışda yox, ermənilər tərəfindən istehsal edilən su, mürəbbə və digər yeyinti məhsullarını da qəbul etmirlər. Bütün bunları mən yüksək qiymətləndirirəm. Bu da mübarizənin bir formasıdır. Bayaq saytınızda oxuyuram ki, bir erməni deputat Türkiyədən tələb edir ki, Azərbaycana sanksiya tətbiq olunsun. Görün bunlar nə qədər həyasızlaşıblar. Bu da müharibənin bir növüdür. Mən İ.Rəhimovu 45 ildir tanıyıram və onlar çox uğurlu bir iş gördülər. Ermənistanın əsas valyuta gəliri həmin o bazarlardakı meyvələrdir və bununla biz onları diz çökdürə bilərik. Bu işdə əməyi keçən bütün azərbaycanlıların qarşısında baş əyirəm, eşq olsun. Hər kəs bunu bacardığı qədər etməlidir”.
Professor torpaqlarımızı hələ də işğaldan azad edə bilmədiyimizə görə təəssüfləndiyini bildirib:
“İndi müharibə etməyə kişiliyimizmi, mərdliyimizmi, cəsarətimizmi çatmır, başa düşmürəm. Halbuki, Sovet məkanından ən güclü orduya malik olmağımızla öyünürük. Buna inanıram, amma ordunun olması kifayət etmir, nəticə lazımdır. Ona görə də müdafiə nazirinin çıxışı zamanı “lazım gələndə torpaqlarımız alacağıq” deməsini başa düşmürəm, Bu “Lazım” kimdir, harda oturub, milləti nədir bilmirəm”. 
İ.Rəhimli xaricdə soydaşlarımıza qarşı törədilən erməni təxribatından da danışıb:
“Xaricdə soydaşlarımızın döyülməsini səfirliyimizin səhvi hesab edirəm. Çünki hamımız bilir ki, Los-Anceles və digər ştatlarda ermənilərin güclü diasporları var. Amma hər halda bu da bir addım idi. Bu gün yaşından asılı olmayaraq insanların səfərbərliyə yazılması həm adamı kövrəldir, həm inamını artırır və deyəsən biz artıq real mübarizəyə keçirik. Bu məni çox sevindirir, yetmiş yaşım var, amma buna baxmayaraq silah tuta, daşıya, əsgərlərin yatdığı kazarmaları da təmizləyə, yemək də bişirə bilərəm”. 

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …