Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Mübariz Qurbanlının prokuror qardaşı işdən çıxarıldı – FOTO

Mübariz Qurbanlının prokuror qardaşı işdən çıxarıldı – FOTO

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalyıb.
O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …