Bazar , Oktyabr 24 2021
Ana səhifə / Cəmiyyət / Mübariz İbrahimovla eyni hərbi hissədə qulluq edən məşhur aktyor: “Eşitdik ki, keçib ermənilər tərəfə…”

Mübariz İbrahimovla eyni hərbi hissədə qulluq edən məşhur aktyor: “Eşitdik ki, keçib ermənilər tərəfə…”

Məşhur aktyor Taleh Yüzbəyov Silahlı Qüvvələr günü münasibəti ilə maraqlı paylaşım edib.

”Ölkə.Az” xəbər verir ki, o ”Facebook” səhifəsində əsgərlik illərinə məxsus foto və hekayəsini yayımlayıb. 

“Əsgərlikdən qayıtmağıma az qalmış, xəbər gəldi ki, bir gizirimiz erməni tərəfə keçib, bütün batalyonu qırıb. Ola bilər ki, müharibə başlasın. Hamımız bir gün sakit o yan-bu yana gəzdik. Evdəkiləri bir də görə bilməməkdən qorxurduq. Müharibədənsə elə də yox. Öyrəşirsən postda o həyata. Qorxmursan güllədən. Sonra öyrəndik ki, həmin gizirin adı – Mübariz İbrahimov imiş” -deyə, o qeyd edib.  

Silahlı Qüvvələr günümüz mübarək!

Görüntünün olası içeriği: 5 kişi, açık hava

Həmçinin oxuyun

Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı baş tutub.Bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin …