Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / “Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var” – Emin Əmrullayev

“Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var” – Emin Əmrullayev

“Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər: “Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …