Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / MTN-in sabiq rəis müavini özünü asdı

MTN-in sabiq rəis müavini özünü asdı

Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

“Qafqazinfo” saytının məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsa da bu cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda SəbaYEl Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

“Polkovnik İlqar Əliyevin intihar etməsi ilə bağlı araşdırmalara başlanıb. Fakt üzrə cinayət işi açılıb. Bu hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib.

Xatırladaq ki, İlqar Əliyev Ədliyyə Nazirliyi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın