Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / MTN-in 10 zabitinin həbsinə sanksiya verildi

MTN-in 10 zabitinin həbsinə sanksiya verildi

Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarı çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.
Azinforum.az  teleqraf.com-a istinadən xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.
Sayt yazır ki, artıq Vəkillər Kollegiyasına da 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.
14 saylı hüquq məshələtxanasından bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat verə bilmərik”.
Xatırladaq ki, Eldar Mahmudov oktyabrın 16-da Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.

 

Həmçinin oxuyun

Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə (FOTOLAR)

1873-cü ildə həvəskar teatr kimi fəaliyyətə başlayan Tbilisidəki Azərbaycan teatrına baş çəkdik. Qapıda bizi teatrın …

Bir cavab yazın