Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / MTN agenti olan baş redaktor Taleh Bağırovla bağlı məlumat üçün 10 min manat mükafat alıb

MTN agenti olan baş redaktor Taleh Bağırovla bağlı məlumat üçün 10 min manat mükafat alıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi məlumatlar açıqlanıb.

APA-nın məlumatına görə, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib. “TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb.

Həmin baş redaktor Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …

Bir cavab yazın