Bazar ertəsi , İyun 1 2020
Ana səhifə / Cəmiyyət / MTN ƏMƏKDAŞLARINA QARŞI ŞOK ƏMƏLİYYAT: Antiterror Mərkəzinin məşhur rəis müavini İlqar Əliyev və general Teymur Quliyev həbs olundu

MTN ƏMƏKDAŞLARINA QARŞI ŞOK ƏMƏLİYYAT: Antiterror Mərkəzinin məşhur rəis müavini İlqar Əliyev və general Teymur Quliyev həbs olundu

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə starat verilib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşı həbs ediblər.

İlkin informasiyalara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir…

Həmçinin oxuyun

BDU-nun sabiq rektorunun oğlu vəfat etdi – Foto

Hüquqşünas Yusif Səməndərov vəfat edib. Bu barədə hüquqşünas Nicat Gözəlov məlumat verib. Qeyd edək ki, …

Bir cavab yazın