Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Bildirilib ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, “VİM-Avia” şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi. (Trend)

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …