Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Cəmiyyət / Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi (FOTO)

Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi (FOTO)

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilir. 
Qaynarinfo-ya daxil olan olan məlumata görə, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub. 
Moskvada yaşayan azərbaycanlı diaspor nümayəndələri bildirir ki, bu addım məqsədli şəkildə atılıb. “Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir. O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, – deyə soydaşlarımız bildirib.
Aşot Sirunyanın bu əməli soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb. 
“Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik. Bu gün rəsmi müraciətlərimizi Azərbaycanın Rusiyadakı səfirliyinə və ticarət mərkəzinin rəhbərliyinə də çatdıracağıq”, – deyə soydaşlarımız vurğulayıb.
Soydaşlarımız olayla bağlı redaksiyamıza foto və video qeydlər göndərib. Həmin foto və videonu təqdim edirik.\

https://player.qaynarinfo.az/?v=3418

Həmçinin oxuyun

“Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə …