Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Mobil operatorlarda 7727 vətəndaşlara xidmət üçündür, yoxsa gəlir mənbəyidir?

Mobil operatorlarda 7727 vətəndaşlara xidmət üçündür, yoxsa gəlir mənbəyidir?

Məlumdur ki, mobil operatorların vətəndaşlara yaratdığı problem, “pul yemək” üçün balansdan silinən pullar, danışıq tarifinin yüksək olması və s. kimi problemlər artıq normaya çevrilib. Bununla bağlı dəfələrlə mətbuatda yazılar dərc olunsa da müsbətə doğru heç bir dəyişiklik hiss olunmur. Bu günlərdə Qafqaz Xəbər Agentliyinin saytlarında da ən son olaraq ““Bakcell” balansdan “oğurladığı” qəpiklərdən milyonlar qazanır” və “Yalançı mesajla milyon qazanan “Azercell”” başlıqlı yazılar dərc olunub. İndi isə digər bir problemlə qarşılaşan vətəndaşın narazlığını dərc edəcəyik. Bildiyiniz kimi bu günlərdə abituriyentlərin qəbul imtahanları keçirildi. Və bu imtahan sonrası ballarını öyrənmk üçün mobil operatorlardan iş nömrəsini müəyyən olunan 7727-yə göndərməklə imtahan nəticəsini bilmək olur. Bu xidmət mobil operatorlar üçün yaxşıca pul qazanmağa şərait yaratdı. Çünki hər sms üçün xidmət haqqı 0.23 qəpikdir. Hər sms üçün isə yalnız bir abituriyentin iş nömrəsini göndərmək olar. Yəni bir aildə iki abituriyent imtahan verirsə hərəsinə ayrı-ayrılıqda sms göndərmək lazımdır. Vətəndaşın narazılığı isə ondan ibarətdir ki, “Mən iş nömrəsini “Azercell” operatoru vasitəsilə müəyəyn olunan koda göndərdim balansdan hər sms üçün 23 qəpik tutuldu, ancaq cavab olaraq qeyd etdilər ki, ballar hələ tam hazır deyil hazır olan kimi sizə məlumat veriləcək. Səhəri gün ballar hazır olandan sonra mənə məlumat gəlmədikdə “Azercell” ilə əlaqə saxladıqda mənə bildirdilər ki, siz səhv göndərmisiz iş nömrəsi sistemdə görsənmir. Halbuki, göndərdiyim sms-də iş nömrəsi var. Onu da bildirim ki, əgər sms düzgün göndərilməyibsə niyə cavab olaraq qeyd etdilər ki, hələ ballar hazır deyil hazır olanda məlumat veriləcək. Həm də səhv olduğu halda balansımdan niyə pul tutuldu əvəzində də xidmət göstərilmədi”. Vətəndaşın haqlı narazılğından görmək olur ki, milyona yaxın istifadəçisi olan “Azercell” hər məqamda istifadəçilərin cibinə girmək üçün fürsət gözləyir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın