Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Mobil nömrə ilə şəxsi məlumatlar, o cümlədən fotolarınız oğurlana bilər

Mobil nömrə ilə şəxsi məlumatlar, o cümlədən fotolarınız oğurlana bilər

Fırıldaqçılar mobil nömrəni bilməklə, demək olar ki, istənilən şəxsi məlumatı – soyad və ad, yaşayış yeri, bank hesabına giriş, hətta fotoşəkilləri əldə edə bilərlər.

Oxu.az Prayma istinadən xəbər verir ki, bu barədə Rusiyada “İnfosistemı Jet” şirkətinin “Jet CSIRT” İnformasiya Təhlükəsizliyi Monitorinqi və İnsidentlərə Müdaxilə Mərkəzinin analitiki İqor Fits xəbərdarlıq edib.

Fitsin sözlərinə görə, bu, ona görə baş verir ki, istifadəçilər nömrəni tətbiqlərə bağlamalı olur. Halbuki bu proqramların çoxunda müştərilərin şəxsi məlumatlarının qorunmasına məhəl qoyulmur.

“Bəzən onlar sızaraq “DarkNet”ə düşür və oradan da fırıldaqçıların əlinə keçir”, – deyə Fits əlavə edib.

Ekspert hesab edir ki, şəxsi məlumatları internetdə dərc etməyə dəyməz – bu, təkcə istifadəçini deyil, həm də onun yaxınlarını təhlükə altında qoyur.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …