Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / MN: “Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur”

MN: “Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur”

Müdafiə Nazirliyi (MN) Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Nazirliyin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib.

“Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …