Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Cəmiyyət / Misir Mərdanov nazir olanda kitablarını 90 manata satırdı – Naşir

Misir Mərdanov nazir olanda kitablarını 90 manata satırdı – Naşir

Misir Mərdanov təhsil naziri olanda öz kitabını Mədəniyyət Nazirliyinə 90 manata satırdı. Bunu öz gözlərimlə görmüşəm.
Bu sözləri “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu tarixçi professor Ədalət Tahirzadənin sabiq nazirlə bağlı paylaşımına etiraz olaraq yazıb.Sitat: Ədalət Tahirzadə Misir Mərdanovun yeni kitabını ağızdolusu tərif edib yazır ki, “Məni yaxşı tanıyanlar bilir ki, heç zaman heç nəyin xətrinə boğazdan yuxarı sözlər yazmıram”.
Sizinlə yaxşı münasibətim var, amma bu məqamda sizin səmimiyyətinizə əsla inana bilmirəm.
Misir Mərdanov təhsil sistemini çökdürən adamdır. Məktəblidən süpürgə pulu yığdıran nazir idi. Onun dövründə əksər məktəblərin kitabxanaları məhv edildi. Bütün təhsil ocaqlarının üzünü kitaba, yaradıcı insanlara qapadı. Alimlərə dəstək vermək əvəzinə özünün qalaq-qalaq kitablarını sizlərin sayənizdə hazırladı. Öz gözümlə görmüşəm, çoxcildlik kitabının bir ədədini Mədəniyyət Nazirliyinə 90 manata satıb. Özü də 10-15 cildlik kitabın hərəsindən 300 ədəd. İndi özünüz hesablayın”.

Şahabaz Xuduoğlu bir korrupsioneri ziyalının tərif etməsinin yolverilməz hal olduğunu qeyd edib:

“Siz “Meydan 4 il, 4 ay” kitabını da yazırsız, korrupsioner, minlərlə gəncimizi kor edən rüşvətxor bir nazirlə həmmüəllif də olursuz?
Bu necə baş verir?
Bir qələm necə həm Elçibəy haqqında, həm də Misir Mərdanov haqqında kitab yazar?!
Ölkənin sağlam düşüncəsini ziyalılar formalaşdırır. Ziyalının əlində məhkəməsi, polisi yox, ictimai qınağı var. Belə korrupsionerləri təmizə çıxarmaqla ictimai qınaq çirklənir.
İctimai qınağa, ziyalıya kimsədə inam qalmır…”

Ədalət Tahirzadə ittihamlara cavab verməyib. Baku Post

Həmçinin oxuyun

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı …