Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Mirşahindən yazıçılara və şairlərə növbəti müraciət: “Onda sizin o əxlaqınız kimə lazımdır?!”

Mirşahindən yazıçılara və şairlərə növbəti müraciət: “Onda sizin o əxlaqınız kimə lazımdır?!”

Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin öz müəllif proqramında yaradıcı insanlara növbəti dəfə müraciət edib. Fikirlərini rəmzi olaraq Laçında, dağılmış bir evin qarşısında səsləndirən jurnalist həftə ərzində bu mövzuda irəli sürülən bəzi arqumentlərin də əsassız olduğuna diqqət çəkib.

– Deyirsiniz ki, ədəbiyyat sifarişlə olmur. Başa düşürsünüzmü, nə qədər dəhşətli bəyanat verirsiniz?! Tərcümə edirəm: belə çıxır ki, Qələbə – sizin içinizin sizə sifariş vermədiyi çağırışdır, hə?! Deməli, siz Qarabağı içinizin sifarişinə çevirə bilməmisiniz hələ?! Vicdanınızın, mənəviyyatınızın, əxlaqınızın sifarişinə çevirə bilməmisiniz?! Üzr istəyirəm, bağışlayın, onda sizin o vicdanınız, mənəviyyatınız, əxlaqınız kimə lazımdır?!,- Mirşahin sual edib.

https://youtube.com/watch?v=gFRMvHvNFQk

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …