Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb – “Bu kişi manyak imiş…”

Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb – “Bu kişi manyak imiş…”

Müğənni Əli Mirəliyev aparıcılıq etdiyi “Səhər-Səhər” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, 69 yaşlı ifaçı heyvansevərləri qıcıqlandıracaq çıxış edib. 

O, ARB-nin efirində pişiyi 9-cu mərtəbədən yerə atdığını qeyd edib: “Yuxarı qalxıb pişiyi aşağı atmışam. Yerə düşən kimi heyvan ayağa qalxıb qaçmağa başlamışdı. Heyvansevərlər məni başa düşər ki, pişik yuxarıdan aşağı düşəndə sağ qalır”. 

Mirəliyevin qalmaqallı açıqlamasına digər aparıcı Elgiz Əkbər “Bu kişi manyak imiş”, – deyərək etirazını bildirib. Proqramın qonağı, əməkdar artist Nahidə Orucova da müğənninin bu addımını pisləyib. 

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …