Ana səhifə / Cəmiyyət / Mirələmov Ağsaqqallar Şurasından da çıxarılacaq? – AÇIQLAMA

Mirələmov Ağsaqqallar Şurasından da çıxarılacaq? – AÇIQLAMA

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsızlığına dair videogörüntülər yayılandan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə fikirlər səsləndirirlər.

İstifadəçilərin fikrincə, bu cür əxlaqsız hərəkətlər edən Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.

Şuranun sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb: “Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən… olubdur…”.

Xatırladaq ki, məlum videonun səs-küy yaratmasından sonra Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində icra etdiyi kafedra müdiri vəzifəsindən azad olunub.

Həmçinin oxuyun

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən…

Bu gündən – 15 may 2021-ci il tarixindən “WhatsApp” messenceri istifadəçiləri seçim qarşısında qalır.Belə ki, …