Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / “MiQ-29 suyun üzərinə düşərkən parçalanıb”

“MiQ-29 suyun üzərinə düşərkən parçalanıb”

Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur” 

Bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.O bildirib ki, hazırda axtarış yerində gəmilər, texnikalar və dalğıclar işləyir: “Təyyarənin yeri müəyyən edilib. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Onun parçaları yığılır. Amma pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər. Axtarışlar davam edir”. 

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. 

MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. 

Həmçinin oxuyun

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli …