Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Minlərlə kərbəlayi, məşədi, hacı xanım var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir”

“Minlərlə kərbəlayi, məşədi, hacı xanım var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir”

“Səmimi müsəlmanlar başqa insanların müəyyən faciəsinə heç vaxt sevinməzlər…”
 
Bu sözləri Yenisabah.az-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Bakıda gecə saatlarında “Location” klubda baş verən partlayış barədə danışan deputat sosial şəbəkələrdə bu hadisəni dinlə əlaqələndirənlərin yanaşmasının doğru olmadığını bildirib:
 
“Bunu hansısa bir ayla, ibadətlə əlaqələndirməzlər, çünki qəza olanda müsəlman da ölür. Partlayış baş verəndə bəlkə onun yaxınından keçən bir müsəlman ölüb, bəlkə bir yaxının xəsarət alıb, bunu necə müəyyən edə bilərsən?”.
  
Fazil Mustafa qeyd edib ki, bir qrup insanın bu faciəni dinlə əlaqələndirməsini bütün dindarların adına yazmaq doğru deyil:

 “Ümumiyyətlə, Azərbaycanda beyni lazımi səviyyədə gəlişməmiş dinçilər kifayət qədər çoxdur. Bu hadisəyə ancaq onlar sevinə bilərlər. Çünki onlar hər şeyi dinə bağlayıb, bu formada izah etməyə çalışırlar. Lakin ölkəmizdə dünyagörüşü, tolerantlığı yerində olan, başqa insanların həyatına qarışmayan, başqalarının faciəsindən zövq almayan müsəlmanlar kifayət qədər çoxdur. 

Ona görə də 10-15 nəfər axmağın hərəkətini bütövlükdə müsəlmanların adına yozmaq doğru deyil. Bunun dinlə əlaqələndirilməsi isə ümumiyyətlə, doğru deyil. Bu, bir faciədir. Hərənin öz həyat tərzi var. Bunun başqasına nə aidiyyatı var? Elə yer var ki, orada məscid partlayır, orada ölənlərin də hamısı müsəlman olur. Bəs onda necə? 

İstər müsəlman, istər xristian, yəhudi, istərsə də ateistin həm ağıllısı, həm də səfehi var. Bu məsələdə 10-15 nəfərin düşüncəsiz yanaşmaları və çağırışlarını bütövlükdə dinə şamil etmək doğru deyil. Ağıllı insanlar bu faciəyə yalnız kədərlənə bilərlər”.
 
F.Mustafanın sözlərinə görə partlayış zamanı xəsarət alanların yaşayış tərzi heç kəsi maraqlandırmamalıdır:

“Hər kəs özü-özlüyündə fərdi məsuliyyət daşıyır. Minlərlə kərbəlayi, məşədi, hacı xanımlar var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir. Onlara görə dinə qiymət verilmir ki… 

Söhbət İslam dinində olan səmimi, dürüst, dünyagörüşlü, peyğəmbər əxlaqının daşıyıcısı olanlardan gedirsə, onlar heç vaxt başqasının faciəsinə sevinməzlər və bunu Ramazan ayı ilə əlaqələndirməzlər. Bu xurafat, cahillik hələ də Azərbaycanda yer alıb, bu cür yanaşmalar qınanmalıdır. Bu yanaşmalar həm cəmiyyət, həm də dindarların özləri tərəfindən xoş qarşılanmır”.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …