Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / “Milyarderlər ittifaqı”nın buraxılmasının pərdəarxası…

“Milyarderlər ittifaqı”nın buraxılmasının pərdəarxası…

Samir Adıgözəlli: “Abbas Abbasovun başqa yolu da qalmayıb”

“Düşünür ki, bəlkə bu yolla yandırdığı körpüləri bərpa edə bilər”

2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan, mətbuatda “Milyarderlər ittifaqı” adını alan və indiyədək barəsində müzakirələr səngiməyən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçiləri təşkilatın rəsmən buraxılmasına dair qərar qəbul ediblər.
Bu barədə ittifaqın sədri Abbas Abbasov “Azerros” portalının sualına cavabımda bildirib: “Bəli, belədir. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti başlamağa imkan tapmadan dayandırıldı. Bunun səbəbi, o cümlədən bizim bu gün təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərar bir sıra arqumentlər və mülahizələrlə şərtləndirilir”.
Hazırda “Azərros” – Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin parçalanmadan sonrakı qanadlarından birinə rəhbərlik edən Abbas Abbasov “Milyarderlər ittifaqı”nın 2013-cü ildə Rusiyada azərbaycanlı diaspor təşkilatları arasında “mərkəzdənqaçma proseslərini dayandırmaq üçün” təsis edildiyini bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin və “Azərros”un əvvəlki rəhbərliyi arasında qəbuledilməz şəkildə çəkişmə gedirdi, diaspor parçalanmışdı.
“Kədərlə deyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin 2011-ci ilin noyabrında keçirilən qurultayında təşkilatın nizamnaməsi dəyişdirilib, ancaq hələ də Rusiyanın ədliyyə orqanları onu qeydə almayıb. Bakıdan məsul əməkdaşın təyin edildiyi qəribə “baş katib” vəzifəsi meydana çıxıb. Hazırda bu vəzifə ləğv edilib, ora təyin edilən adam Bakıya geri qayıdıb, ancaq tör-töküntüləri qalıb”- deyə Abbas Abbasov qeyd edib.
Abbas Abbasovun verdiyi qəfil qərar nə ilə bağlıdır?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, kod adı “Milyarderlər ittifaqı” olan qurum təsadüfən yaranmamışdı:

“Mən Abbas Abbasovun müsahibəsilə tanış oldum.
Onun tərəfindən səsləndirilən fikirlərin səmimiliyinə inanmıram. Bəli, bu günün prizmasından Abbas Abbasov elə də danışmalıdı. Çünki “Milyarderlər ittifaqı” adlı təşkilat istədiyi hədəflərə çata bilmədi. Abbas Abbasov qeyd edir ki, həmin təşkilat Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun dağılmasının qarşısını almaq istəyirdi.
Biz isə Rusiyaya etdiyimiz səfərlər zamanı bunu əksini müşahidə edirdik. Əksinə, həmin təşkilatın adı ilə Rusiyanın şəhərlərində olan diasporlarımız parçalanırdı. Abbas Abbasovun başqa yolu da qalmayıb. Bilir ki, iki yerə parçalanmış təşkilatın heç bir perspektivi yoxdu. Düşünür ki, bəlkə bu yolla yandırdığı körpüləri bərpa edə bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın