Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Milli Qvardiyanın keçmiş komandiri müdafiə nazirinə müraciət etdi

Milli Qvardiyanın keçmiş komandiri müdafiə nazirinə müraciət etdi

Qoy məmləkət öz igidlərini tanısın, millətin sarsılmaqda olan inamını bərpa etdiyinə görə bu döyüşlərdə savaşmış hər bir igid oğlumuz mülki həyatda da milli ruhumuzun tərənnümçüləri kimi hörmətə, diqqətə layiq olsunlar

Milli Qvardiyanın keçmiş komandiri, 93-cü ildə komandir kimi apardığı uğurlu döyüş əməliyyatlarına görə adı komandanlıq tərəfindən Milli Qəhrəman adına təqdim olunsa da 4 iyun hadisələrinə görə Ali Baş Komandan tərəfindən bu adın rəsmiləşdirilməsi baş tutmayan ehtiyyatda olan polkovnik Əzizağa Süleymanov  müdafiə naziri Zakir Həsənova müraciət edib. Azinforum.az moderator.az-a istinadən müraciəti təqdim edir:

“Uzun illərdən sonra Azərbaycan ordusunun kiçik hərbi hissə birləşməsi 2 aprel 2016-cı il tarixlində torpağlarmızı zəbt etmiş təcavüzkar erməni qoşunlarının yeni hücumunun qarşısını alıb, əks hücuma keçərək düşmən ordusunun əlində olan bir neçə mühüm strateji döyüş mövqelərini ələ keçrib düşmən hərbi birləşmələrinə ağır zərbələr vurdu. Demək olar ki, düşmənin bu istiqamətdə olan həm ön cəbhədə, həm də ön cəbhədən kənarda yerləşən canlı qüvvəsi ilə bərabər döyüş texnikaları, komanda məntəqələri məhv edildi. Bir sözlə, Azərbaycan ordusunun kiçik bir hərbi biləşməsi erməni hərbi birləşmələrinin 23 il ərzində zəbt edib möhkəmləndiyi döyüş səddini bir həmlədə yardı. Bununla da bütün dünyaya sübut etdi ki, Azərbaycanın silahlı qüvvələri hərb yolu ilə hər an torpaqlarını azad edəcək və bir qarış ərazisini düşmən əsarətində qoymayacaq. Heç kimə də sirr deyil ki, bu 23 il ərzində Azərbaycan dövlətinə siyasi təzyiq edib sülh danşıqları pərdəsi altında erməni dövlətinə dolayısı ilə həm hərbi, həmi siyasi dəstək verən ölkələr, o cümlədən Rusiya yenə də bir bəhanə ilə Azərbaycan ordusunun əks hücum əməliyyatlarının sülh danşıqları pərdəsi altinda müvvəqəti olsa da Azərbaycan prezidentindən xahiş edərək əngələtdirə bilmişdi.

Ordumuzun uzun illərdən sonra sadaladığımız səbəblərə görə düşmən üzərində qazandığı döyüş üstünlüyü Xalqın daxilində közərən vətən azadlığı şamını alovlandırmış, bu parlaq döyüş hərbi taktikası Ordumuzun döyüş ruhunu özünə qaytarmışdı. Xalq – dövlət vəhdəti tam birləşmişdi. Düşmən ordusunun zabit və əsgərləri ordumuzun kiçik bir hərbi hissə biləşməsinin hücumu zamanı döyüş bölgəsindən qaçan zaman erməni komandanlığı müdafiə mövqeyi qurmaq üçün canlı qüvvə tapa bilməyib qadınları toplayıb döyüş mövqeyinə göndərdiyi acnacaqlı duruma düşəndə Azərbaycan Ordumuzun düşmən üzərində qazandığı parlaq döyüş üstünlüyü on minlərlə keçmiş Qarabağ döyüşçülərini ayağa qaldırmışdı. Müharibə bölgəsinə axın edən kecmiş döyüşcülərlə bərabər əsgər yaşı çatmayan gənclərin döyüş gedən ön cəbhə xəttinə keçməsinin qarşısı ordumuzun arxa cəbhə hərbi hissələri tərəfindən alınmışdı. Döyüş bölgəsində misilsiz igidlik göstərən igid vətən oğullarının dəfn mərasimində isə Azərbaycan Xalqı dövlətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdi.

Azərbaycan ordusunun kiçik bir hərbi hissə birləşməsinin düşmən üzərində qazandığı 2 aprel qələbəsi zamanı igidlik göstərən komandir və sıravi heyyətin bir neçə üzvü, o cümlədən misilsiz igidlik göstərib şəhidlik zirvəsinə yüksələn igidlərimiz dövlət başçısı tərəfindən verilmiş yüksək orden və medallara laiq görülmüşdü.

Lakin biz keçmiş hərbi qulluqçular, müharibə veteranları istərdik ki, 2 aprel döyüşlərində iştirak edən hər bir hərbçi rütbəsindən, vəzifəsindən aslı olmayaraq mükafatlandırılsın. Onlar hərbidən ehtiyyata buraxldıqları zaman necə ki, indi onların döyüşləri ilə fəxir edirik, o zaman da sinəsində gəzdirdikləri medalları görüb fəxr edək. Onlar buna layiqdilər. Onlar hərbi xidmətlərini başa vurub ehtiyyata buraxlan zaman biz keçmiş Qarabağ döyüşçülərinin gününə düşməsinlər. Biz keçmiş Qarabağ döyüşçülərinin arasında elələri var ki, günü bu gün də ağır Qarabağ döyüşlərində iştirak etdiklərini sübut edə bilmirlər. Mən ölkədə elə adamlar tanıyıram ki, bir zamanlar baş verən dövlət çevrilişinə cəhd zamanı iştirak etmədən sonrakı illərdə adı siyahıya salınıb dövlət mükafatlarına layiq görülüb. Hətta elələrini tanıyıram ki, həmin vaxtlar kargüzarçı qadın olaraq “İgidliyə görə” medalı alıb. Odur ki, kecmiş Qarabağ müharibə veteranları olaraq Müdafə Naziri hörmətli general-polkovnik Zakir Həsənova müraciət edirik. Azərbaycan ordusunda hərbi vətənpərvərlik ruhunun yüsəldilməsində, Ordunun hərbi döyüş bacarığının yüksək səviyyəyə qaldırılmasında, Azərbaycan ordusunun döyüş ruhunun bərpa edilməsində, Xalq ordu vəhdətinin birləşdirlməsində göstərdiyi yüksək xidmətinə görə Cənab nazirə təşəkür edirik. Cənab nazirdən xahiş edirik ki, 2-5 aprel döyüşdə iştirak edən hər bir hərbçini ordudan ehtiyyata buraxılmadığı müddət ərzində xidmətlərinin qiymətləndirilməsi barədə göstəriş versin.

Qoy məmləkət öz igidlərini tanısın, millətin sarsılmaqda olan inamını bərpa etdiyinə görə bu döyüşlərdə savaşmış hər bir igid oğlumuz mülki həyatda da milli ruhumuzun tərənnümçüləri kimi hörmətə, diqqətə layiq olsunlar. Ümid edirik ki, hörmətli müdafiə naziri Zakir Həsənov bizim bu çağırışımızı cavabsız qoymayacaq və təkcə veteranların deyil, bütün xalqımızın bu istəyini həyata keçirəcək”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın