Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Milli Qvardiyanın keçmiş komandiri: “Ayaqları altındakı torpaqlarımızı onlara məzarlıq etməliyik”

Milli Qvardiyanın keçmiş komandiri: “Ayaqları altındakı torpaqlarımızı onlara məzarlıq etməliyik”

Milli Qvardiyanın keçmiş komandiri, ehtiyyatda olan polkovnik Əzizağa Süleymanov 4 günlük müharibə ilə bağlı fikirlərini  bölüşüb. Azinforum.az moderator.az-a istinadən həmin mövqeni təqdim edir:

“Çox sağ olun ki, bir neçə müddətdir rəhbərlik etdiyiniz saytda Qarabağ müharibasi ilə bağlı vaxtı ilə sizin sayta verdiyim müsahibələrimin mart ayının axırından bu günə kimi müzakirəsi ardıcıl gedir. Sevindirici hal odur ki,
ağır döyüş həyatı keçmiş bir təcrübəli hərbçi olaraq vaxtilə saytınıza ordumuzun hərbi hazırlığı ilə bağlı verdiyim proqnozlar özünü 100% doğrultdu.

Mən demişdim ki, ordumuz ərazilərmizə soxulmuş terrorçu erməni hərbi birləşmələrinə qarşı mübarizəyə başlarsa iki həftə ərzində erməni işğalında olan bütün ərazilərmiz erməni terrorçularından təmizlənəcək. Belə bir əməliyyatın ordumuz tərəfindən planlaşdırılmalı olduğunu da bildirmişdim.

Lakin ölkə prezidenti hümanistlik göstərərək dəfələrlə erməni dövlət rəhbərlərinə, o cümlədən, erməni xalqına müraciət edərək övladlarını qırğına vermədən ərazilərimizdən çıxmalarının zəruriliyini vurğulamışdı. Ölkə prezidentimizin çağırışlarına məhəl qoymayan erməni dövlət rəhbərliyi havadarlarına arxayın olaraq daha aqressiv hərəkətə yol verərək aprelin 1-dən 2 – nə keçən gecə bir neçə istiqamətdən hərbi birləşmələrimizin yerləşdiyi mövqelərə xaincəsinə, namərdcəsinə hücum etdilər.

 

ezizaga
Etiraf edilməlidir ki, Azərbaycanın ordu komandanlığı bu dəfəki xain hücumu nəinki peşəkarcasına dəf etdi, üstəlik, qabaqlayıcı tədbirlərlə ermənilərin məkrli hiylələrini gözlərində qoydu. Düşmənin təkcə ön xətdəki canlı qüvvəsi və hərbi texnikası deyil, ikinci müdafiə zolağındakı istehkam qurğuları da dəqiq artilleriya zərbələri ilə darmadağın edildi. Nəticədə erməni hərbi birləşmələrinin onurğa sütunu sındırıldı və onlar toparlanıb ikinci dəfə mövqelərimizə doğru hücum təşkil edə bilmədilər. Bu isə Azərbaycanın silahlı qüvvələrinin bir neçə strateji mövqeni ələ keçirməsinə səbəb oldu. Mən Birinci Qarabağ savaşının əsasən Füzuli istiqamətindəki ağır döyüşlərdə iştirak edən bir komandir kimi tam əminliklə deyirəm ki, ordumuz ürəyimizi dağa döndərəcək və bizi qürurlandıracaq səviyyədə güclənib, əks halda Lələ Təpə kimi yüksəkliyi, digər strateji yüksəklikləri ermənilərdən geri almaq mümkün olmazdı.

Növbəti dəfə Rusiyanın təhriki və təşəbbüsü ilə atəşkəsin elan olunması bütün hərbçilər kimi məni də peşman etdi. Çünki biz Rusiyanın vasitəçilik missiyasının nədən ibarət olduğunu atəşkəsdən keçən 22 il ərzində gördük və iki gün öncə Rusiyanın baş naziri Medvedyevin münaqişənin dondurulmasının zəruriliyi haqqındakı qatı ermənipərəst mövqeyi bir daha onu deməyə əsas verir ki, Qarabağda Moskva növbəti uzunmüddətli atəşkəsin hakim olmasında maraqlıdır. Bu isə heç bir halda Azərbaycana sərf etmir və biz Ali Baş Komandanın sülh danışıqlarına konkret müddət qoyacağına ümid edirik, əgər ərazilərimizə soxulmuş işğalçılar qısa müddətdə geri çəkilməsələr bu dəfə onları zorla geri çəkilməyə məcbur etməklə kifayətlənməməliyik, ayaqları altındakı torpaqlarımızı onlara məzarlıq etməliyik”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın