Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Milli Məclisin eks-deputatına ağır ittiham (VİDEO)

Milli Məclisin eks-deputatına ağır ittiham (VİDEO)

Beyləqan rayon sakini Əliyev Ruhid Məhəmməd oğlu Milli Məclisin eks-deputatı Ayaz Orucovdan şikayətçidir.

Bizimyol.info-ya müraciət edən R.Əliyev bildirib ki, Beyləqanda atası Məhəmməd Əliyevin adına 20 sot torpaq sahəsi zəbt olunub: “Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur. Amma bizim mülkiyyət hüququmuz Ayaz Orucov tərəfindən pozulub. 2014-cü ilin sonunda o zaman deputat olan Ayaz Orucov şəhərdə yerləşən torpaq sahəmizi qeyri-qanuni şəkildə öz villasının həyətinə salıb. Hazırda villanın həyəti 50 sotdur”.
Eks-deputat Ayaz Orucov Beyləqan sakinin iddiasına cavab olaraq bildirib ki, şikayətçi məhkəməyə müraciət edə bilər: “Azərbaycanda müstəqil məhkəmə var. Qoy, müraciət etsdin. Onun iddiaları doğrudursa, məhkəmə təmin edəcək”.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …