Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

Bu gün Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub.

Azinforum.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, E. Rüstəmov artıq 20 ildir ki, AMB-yə uğurla rəhbərlik edir. Milli Məclisin İqtisadi siyasət komitəsində E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinə üzvlüyü məsələsi müzakirə olunduğunu xatırladan Z. Səmədzadə millət vəkillərinin E. Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

O, eyni zamanda millət vəkillərinin X. Abdullayevin də fəaliyyətinin yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, E. Rüstəmov çox peşəkar kadrdır.

Daha sonra E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi səsə qoyulub. Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edib.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın