Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı-VİDEO

Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı-VİDEO

Masallı rayonu Meşəkənar və köhnə Alvadi kəndlərinin yaxınlığında yerləşən, millət vəkili İqbal Məmmədova məxsus quşçuluq fermasından gələn üfunət qoxusu rayon sakinlərini narahat edir

Bu barədə sakinlət BTV-yə yazdığı şikayət məktubunda qeyd ediblər. Onların sözlərinə görə baş çartladan iyidən nə təmiz hava almaq olur nə də həyət-bacada iş görmək. Bu vəziyyətdən təngə gəldiklərini bildirən kənd əhli bu məsələnin həlli üçün müvafiq yerlərə müraciət etdikərini söyləyirlər. Qeyd edək ki , narazılığa səbəb olan fermanın sahibi Lerik rayonu 78-saylı seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədovdur. O, millət vəkilindən daha çox biznesmen kimi tanınır və bu cür qalmaqallı məsələlərdə adı tez-tez hallanır. Xatırladaq ki,bu mövzu ilə bağlı dəfələrlə material hazırlayıb efirə vermişdik. Buna baxmayaraq,hələ ki məsələ ilə bağlı heç bir ciddi addımlar atılmayıb.

B

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın