Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Millət vəkilindən Tərtərin icra başısına sərt sözlər: “Pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur”

Millət vəkilindən Tərtərin icra başısına sərt sözlər: “Pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur”

Millət vəkili Fazil Mustafa bazar günü – fevralın 14-də bir yas mərasimində iştirak etmək üçün getdiyi Tərtər rayonunda qarşılaşğıdı mənzərələrdən dəhşətə gəldiyini bildirir. Məhz bu səbəbdən də, Fazil Mustafa həmin rayonun icra başçısını sərt tənqid edib.

Azinforum.az  Fazil Mustafanın fikirlərini olduğu kimi təqdim edir:

“Bu gün Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim.

Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rağmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın