Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / MHP-də kütləvi istefalar başladı – Partiya sədrinə etiraz

MHP-də kütləvi istefalar başladı – Partiya sədrinə etiraz

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hatayın Hassa mahalındakı sədri Burhan Yavuz və idarə heyətinin üzvləri partiyadan istefa veriblər

Məsələ ilə bağlı danışan Burhan Yavuz MHP rəhbərliyinin son vaxtlar ortaya qoyduğu mövqeyə etiraz olaraq istefa verdiklərini açıqlayıb.

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyini dəstəkləməsi partiya üzvləri arasında fikir ayrılığı yaradıb. Ötən gün MHP-nin əsas simalarından olan Müsavat Dərvişoğlu da partiyadan istefa verib.(Axar.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın