Bazar , Yanvar 16 2022
Ana səhifə / Cəmiyyət / Meyxanaçı Rüfət Nasosnunu dəvət edən bağça dövlətə məxsus deyil

Meyxanaçı Rüfət Nasosnunu dəvət edən bağça dövlətə məxsus deyil

Meyxanaçı Rüfət Nasosnunun dəvət edildiyi bağça dövlətə məxsus deyil, özəldir.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, BŞİH özəl bağçalarda baş verənlərə cavabdeh deyil.

Bildirilib ki, ümumiyyətlə, dövlət bağçalarında pandemiya ilə əlaqədar tədbirlərin keçirilməsi, kimlərinsə dəvət olunması qadağandır.

Qeyd: Meyxanaçının dəvət edildiyi bağça “Nuray” uşaq bağçasıdır. Bağçada R.Nasosnunun “Bağışla” mahnısı xorla ifa olunub. Bu, sosial şəbəkələrdə etirazla qarşılanıb, uşaqların belə mahnılarla tərbiyə olunması yolverilməz hesab edilib.

Həmçinin oxuyun

Şadlıq sarayının rəhbəri həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional …