Cümə , Avqust 14 2020
Ana səhifə / Cəmiyyət / Meyxanaçı Kərimin “ölüm” xəbərini yazan sayt məhkəməyə veriləcək – Anasının ölümünə səbəb olub

Meyxanaçı Kərimin “ölüm” xəbərini yazan sayt məhkəməyə veriləcək – Anasının ölümünə səbəb olub

Məşhur meyxana ifaçısı Kərimin dünyasını dəyişməsi haqqında yalnış xəbər yayan sayt məhkəməyə veriləcək.
Bu barədə Aznews.az-a açıqlamasında meyxanaçının yaxın qohumu Rüstəm Cənnətov məlumat verib. Onun sözlərinə görə, həmin sayt Kərimin anasının ölümündə ittiham olunur:
“Bu gün Kərimin anasının 3 mərasimidir. Məclis başa çatan kimi saytı məhkəməyə verəcəyik. Kərimin anası xəstə idi, oğlunun xəstəxanada olmasından xəbərsiz idi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. Bundan iki saat sonra Kərimin anası dünyasını dəyişib. Belə məlumat yayarlar?! Oğlunun ölüm xəbərinə dözməyib öldü”.
Rüstəm Cənnətov qeyd edib ki, meyxana ustası Kərim anasının ölümündən xəbərsizdir.
Meyxana ifaçısı Kərim bir müddət əvvəl insult keçirirərək xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Bu tələbələr Azərbaycan məktəblərinə köçürülə bilməz

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali …

Bir cavab yazın