Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəmiyyət / “Meyvəli”də şortik qadağası – “Hamımızın anası-bacısı gəlir bazara”

“Meyvəli”də şortik qadağası – “Hamımızın anası-bacısı gəlir bazara”

Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.

Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Modern.az-ın əməkdaşı “Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.

O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir: “Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.

Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur

Həmçinin oxuyun

Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”

Yay mövsümündə tez-tez rastlaşılan problemlərdən biri də rayonlara istirahətə gedən vətəndaşların dələduzluq qurbanı olmasıdır. Belə …